Son aylarda bir sıra iqtisadi sahələri vuran haker hücumları və kibercinayətkarlıq bu dəfə kriptovalyuta bazarına öz amansız zərbəsini endirib.
Telefonları dinləyən şirkətlə bağlı - Xüsusi Komissiya Yaradıldı
FED.az xəbər verir ki, Poly Network adlı kriptovalyuta şəbəkəsi haker hücumu nəticəsində 600 milyon dollarlıq rəqəmsal valyutanın “yoxa çıxdığını” açıqlayıb.
Kripto şəbəkəsinin sistemindəki zəif nöqtələrdən məharətlə istifadə edən hakerlər minlərlə kripto-token ələ keçirə biliblər. Oğurlanan kriptovalyutanın 270 milyon dollarlıq hissəsi Ethereum blokçeynindən, 250 milyon dolları Binance Smart Chain şəbəkəsindən, 84 milyon dollarlıq hissə isə Polygon şəbəkəsindən yoxa çıxıb.
Poly şəbəkəsi kripto maynerlərinə müraciət edərək, kriptovalyuta sövdələşmələrini izləməyi və oğurlanan rəqəmsal pulların izinə düşməyi xahiş edib. Binance və Tether kriptovalyuta şirkətlərinin rəhbərləri bunun həddən artıq çətin olduğunu bildirsələr də, maksimum dəstək göstərəcəklərini vəd ediblər.
Son hadisə həm də kriptovalyuta əməliyyatlarının təhlükəsiz və asan olması barədə mülahizələrin doğruluğuna ciddi şübhə yaradır.(marja)