Amerikanın “Google” korporasiyasının həmtəsisçisi, “Forbes” jurnalının versiyasına görə, planetin ən varlı adamları siyahısında (sərvəti - 134 milyard dollar) səkkizinci olan Sergey Brin, naməlum alıcıya “Alphabet” texnoloji şirkətinin təxminən 700 milyon dollar dəyərində səhmlərini bağışlayıb.
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, “Alphabet”in 4,1 milyon səhmi xeyriyyəçiliyə və ya etibar fondlarına yönəldilə bilər. “Bloomberg” qeyd edib ki, Brin tez-tez parkinson xəstəliyini araşdırmaq üçün vəsait bağışlayır. Bundan əlavə, 2023-cü ildə iqlim və səhiyyə məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı yaradıb. (Report)