Dünyanın ən byöük axğarış sistemi olan «Google» istifadəçilərinin yarıdan çoxu axtarıqları məlumatı elə burada tapır və digər saytlara keçmirlər. FED.az xəbər verir ki, bu «Jumpshot» marketinq analitikası şirkətinin araşdırmasından məlum olub. Şirkətin araşdırması göstərib ki, ilk dəfə olaraq 2019-cu ilin iyununda sonrakı saytlara keçilməyən axtarışların sayı 50,33% olub. Həm mobil qurğulardan həm də desktop versiyalarda 40 milyon axtarış sorğusunu analiz edən şirkət bildirir ki, axtarışların 45,25%-i başqa saytlara keçməklə, 4,42% isə reklamlara keçməklə başa çatır.
«Jumpshot»un məlumatına görə saytlara keçilməyən axtarışların sayı 2016-cı ildən artmaqdadır – həmin vaxt bu göstərici cəmi 43,9% idi, başqa saytlara keçənlər isə 54%-dən çox idi.
Araşdırma göstərir ki, ən sürətli dəyişiklik mobil qurğularda baş verib. Belə ki, smartfonlarda verilən axtarışların təqribən 62%-i elə «Google»də başa çatır.