"Google” “I/O 2019” tərtibatçıları üçün öz illik konfransında yeni “Pixel 3а” və “Pixel 3a XL” smartfonlarını təqdim edib.
FED.az xəbər verir ki, tədbirin yayımı “YouTube”-da gedir.
“Pixel 3а” 2220x1080 icazəsi olan 5,6 düymlük OLED-displeylə, daha iri “Pixel 3а XL” isə 2160x1080 icazəsi olan 6 düymlük displeylə təchiz olunub.
Samrtfonlar “Qualcomm Snapdragon 670” prosessorlarında çalışır, 4 GB əməliyyat yaddaşına malikdirlər. “Pixel 3а”-nın akkumulyator tutumu 3000 milliamper/saat, “Pixel 3а XL” isə 3700 milliapmer/saatdır. Yeni cihazların yaddaş həcmi 64-dən 128 GB qədərdir.
Smartfonlarda 12,2 MP icazəli kamera və 8 MP-lik frontal kamera quraşdırılıb. Cihazlar həmçinin 3,5 mm-lik audioayırıcı əldə ediblər.
Samrtfonlar üç rəngdə (“Sadəcə qara”, “Təmiz ağ” və “Fırfır”) əlçatandır.
“Pixel 3а”-nın qiyməti 399 dollar, “3a XL” isə 479 dollaradır. Yeni smartfonların satışı ABŞ, Fransa, İspaniya və Yaponiya daxil 13 ölkədə 2019-cu ilin mayın 7-dən başlayacaq.
mənbə: insider.az