“Google” 2018-ci ildə yeni ödənişsiz “Android Chat” messencerini buraxacaq.
FED.az xəbər verir ki, mütəxəssislər indidən onu “WhatsApp”ın qatili” adlandırırlar
Messencer “Android” əməliyyat sisteminin bazasında fəaliyyət göstərən bütün yeni mobil cihazlarda mövcud olacaq.
Texniki mütəxəssislərinin fikirlərinə görə, “Google” şirkəti o qədər uğurlu tətbiqi işə salacaq ki, “Viber”, “Telegram” və “WhatsApp” kimi messencerlər ikinci plana keçəcək. Onların ilkin məlumatlarına əsasən, “Android Chat” “Android Messenger”in yenilənmiş versiyası olacaq. İlkin mərhələdə bu tətbiq digər messencerlərlə rəqib ola bilmək üçün tam yenilənmə əldə etməyəcək.
Yeni funksiyaların tətbiq edilməsi üçün az vaxt lazım gəlməyəcək. Əvəzində bu messencer buraxılanda məlumat mübadiləsi ilə bağlı keyfiyyətli tətbiq alınacaq ki, o da “WhatsApp”ı çox geridə qoyacaq.
Messencerin dəqiq buraxılma vaxtı hələlik məlum deyil. Ancaq mütəxəssislər əmindirlər ki, o qədər də çox gözləməli olmayacağıq və “Android Chat” artıq bu il smartfonlarda olacaq.