“Google” Rusiyanın ən böyük bankı “Sberbank”ın mobil tətbiqini “Play Store”dan silib.
Eləcə də bax: Avropa Mərkəzi Bankı: “Sberbank”ın Avropadakı törəmə bankları müflis olacaq"
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətdə vurğulandığı kimi, istifadəçilər üçün əvvəllər quraşdırılmış proqram heç bir məhdudiyyət olmadan işləməyə davam edəcək. Onu bankın rəsmi saytından da yükləmək olar.
Yeni istifadəçilər və ya “Sber” proqramı Android cihazlarında quraşdırmayan müştərilər onu linkdən yükləyə bilərlər.
Aprelin 12-si “Sber” bildirib ki, sanksiyalara görə iOS platformasındakı “Sberbank Online” mobil tətbiqi “App Store”da yükləmək və yeniləmək üçün əlçatmaz olub.