Google Rusiyadan olan istifadəçilər üçün öz Play Market-də proqramların alınmasını məhdudlaşdırır, indi istifadəçilər yalnız pulsuz məzmundan istifadə edə biləcəklər.
Eləcə də bax: “Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az xəbər veri ki, bu barədə Google saytında məlumat verilir.
"Ödəniş sistemlərinin işində yaranan nasazlıqlara görə biz yaxın günlərdə Rusiyada istifadəçilər üçün Google Play ödəniş sisteminin fəaliyyətini dayandıracağıq. Bu o deməkdir ki, dayandırma zamanı siz proqramlar və oyunlar ala bilməyəcək, abunə haqqını ödəyə bilməyəcəksiniz”, - şirkətin açıqlamasında deyilir.
Mövcud ödənişli abunələr üçün növbəti ödəniş işlənməyəcək. Abunəlik müddəti bitdikdən sonra istifadəçilər ona girişi itirəcəklər.
Əvvəllər alınmış proqramlara giriş davam edəcək, lakin xidmət təminatçıları tərəfindən kəsilmələr səbəbindən istifadəçilər əvvəllər alınmış proqramlara və məzmuna girişdə məhdudiyyətlərlə üzləşə bilər. (Marja)