Bir müddət əvvəl Google kriptovalyuta ilə bağlı hər cür reklam materiallarının yayımını qadağan etsə də şirkətin rəhbərliyi mediaya bu istiqamətdə ciddi addım atacaqları ilə bağlı məlumat verib.
FED.az xəbər verir ki, şirkət tərəfindən yayılan məlumata görə, Google öz şəxsi blokçeynini yarada bilər. Bu blokçeyn sistemi istifadəçilərə əməliyyatları dərc etməyə və onu yoxlamağa imkan verəcək.
Eyni zamanda, Google Cloud bu istiqamətdə hesablama texnikası alətlərini, bulud yaddaş və şəbəkələr təklif edə biləcək. Şirkət təhlükəsizlik məqsədilə “Identity-Aware Proxy” və çoxfaktorlu identifikasiyasılardan istifadə etmək niyyətindədir. Həmçinin, infrastrukturu daha da gücləndirmək üçün DLT-dən istifadə etməyin mümkünlüyünü açıqlayıb.
Eləcə də bax: Kriptovalyuta köpükləri partlayır - PULLAR ÇÖKÜR
Google bu blokçeyn startapında Ripple, LedgerX, Sorj Labs və s. kriptovalyutaların yaradıcıları kimi investor rolunda çıxış edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, məhdudlaşdırma texnologiyasının potensial tətbiq üsullarını və sektorlarını araşdıran mütəxəssislər də bu işə cəlb edilib.
İKT və kriptovalyuta mütəxəssisləri şirkətin bu addımını Google-ın Chrome brauzerindən üstün olan və Ethereum üzərində qurulmuş Brave adlandırılan yeni brauzerinin qurulması ilə əlaqələndirirlər. Qeyd edək ki, bu brauzer yarım dəqiqədə 35 milyon dollar toplaya bilir.
Google öz bitkoinini yaradır
11:21
29 Mart 2018