İKT

"Google Meet" videozəngləri - TELEVİZORA ÖTÜRƏCƏK

"Google Meet" videozəngləri - TELEVİZORA ÖTÜRƏCƏK | FED.az
19:22 19 Avq 2020

“Google” şirkəti populyarlaşmaqda olan “Google Meet” videokonfranslar servisi üçün növbəti yeniliyi istifadəyə verib.

Eləcə də bax: "Telegram" videozəng funksiyasını - Təqdim Edib

FED.az xəbər verir ki, şirkət “Chromecast” rəqəmli mediapleyeri vasitəsilə “Google Meet” videozənglərini televizor ekranlarına translyasiya etməyə imkan verən yeniləməni yaymağa başlayıb.

Məlumata görə, iş üçün “Chromecast” qurğusuna qoşulmuş kompüter və televizor və ya “Chromecast” texnologiyasının quraşdırıldığı televizor/ekran tələb olunacaq. Kompüterdə “Chrome” brauzerinin ən son versiyasının quraşdırılması mütləqdir.

Qeyd edək ki, televizora translyasiya zamanı konfrans üçün səs və video kompüterin kamera və mikrofonu vasitəsilə qeydə alınacaq. Yeni video görüşün translyasiyasına başlamaq, eləcə də davam edən videozəngi böyük ekrana köçürmək mümkündür.

© Azərtac

Digər xəbərlər

Banner