Banner

İKT

Kafe və restoranlar üçün yeni tətbiq - İSTİFADƏYƏ VERƏCƏK

Kafe və restoranlar üçün yeni tətbiq - İSTİFADƏYƏ VERƏCƏK | FED.az
09:59 7 Aprel 2020

Google Maps çatdırılma xidməti olan restoranlar üçün yeni bir xüsusiyyəti istifadəyə verib. 

Eləcə də bax: Azərbaycanda nə supermarketlər, nə də restoranlar - ONLİNE SATIŞA – HAZIR DEYİLMİŞ

FED.az xəbər verir ki, artıq qida məhsullarını daha asanlıqla çatdırmaq mümkün olacaq. Həm Android, həm də iOS cihazlarında təqdim olunan bu xüsusiyyətə görə, xəritənin üzərində "paket serviz" və "adresə çatdırılma" sözləri yazılıb. Bu düymələri vurduqda həmin ünvana ən yaxın kafe və restoranlar görünəcək. 

Yenilik vasitəsilə restoranlarla bağlı ətraflı məlumat almaq da mümkün olacaq. Burada digər istifadəçilərin rəyləri, restorandakı yemək çeşidləri və qiymətlər  görünəcək. Xüsusilə də "hazırda açıqdır" funksiyası istifadəçilərin işini asanlaşdıracaq.

TED

Digər xəbərlər

Banner