“Google” şirkəti yeni “Rivet” tətbiqini təqdim edib. FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, ingilis dilini öyrənmək istəyən uşaqlar üçün nəzərdə tutulmuş onlayn-kitabxanadır. Tətbiq iOS və Android əməliyyat sistemlərində işləyir.
Eləcə də bax: Azərbaycanlı gənc «Google» və «Youtube»ə baxıb – ALMANİYADA ŞİRKƏT QURDU
Bu necə işləyir?
Kredit Müraciəti
Rəqəmsal kitabxanada 3500-dən çox kitab var. Onlar çətinlik dərəcəsinə görə bir neçə kateqoriya üzrə bölünüblər.
Kitab oxuyarkən, uşaq mətnin istənilən hissəsini və ya sözünü dinləyə biləcək.
Funksiyalar
Yazı düyməsi. Tətbiq oxunuşu izləyəcək və səhv aşkar etdikdə dərhal kömək təklif edəcək.
Ünsiyyət rejimi. “Rivet” kitabı ucadan oxuya bilər. Oxunan sözlər fərqli rənglərdə seçiləcək və bu, uşağa mətni izləməyə imkan verəcəkdir.
Sözlərin tərifləri. Hər söz üçün təriflər, həmçinin 25-dən çox dilə tərcüməsi mövcuddur.
Motivasiya. “Rivet” tətbiqi bal sistemini nəzərdə tutur. Öyrənmə prosesində əldə edilən uğurlara görə qiymətləndirmə aparılır.
Kitabı oxuduqdan sonra uşaq emojilərdən istifadə edərək onu qiymətləndirə biləcəkdir.