Avropa Birliyi (AB) Komissiyası, Google-ın ağıllı telefon və planşet kimi mobil cihazlarda istifadə olunan Android əməliyyat sistemində bazar hakimiyyətini (dominatlığını) sui-istifadə etdiyi səbəbilə 4,3 milyard avro cərimələyib.
AB, 2016-cı ildə də Google-ı, Android əməliyyat sistemilə rəqabət qaydalarını pozmaqda günahlandırmışdı.
Google-ın müxtəlif cihaz istehsalçıları ilə razılaşaraq, Google axtarış, Play Store və Chrome-ı cihaza əvvəlcədən yüklənməyə məcbur etdiyi və bəzi telefon istehsalçılarına Google axtarışı əvvəlcədən yükləmələri halında ödəniş etdiyi ortaya çıxarmışdı.
Dünyanın ən çox istifadə edilən ağıllı telefon əməliyyat sistemi olan Android, Google-ın bir çox tətbiqi üçün mühüm gəlir mənbəyidir.