Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşüb.
Bu barədə FED.az-a Nazirlikdən bildirilib.
Görüş zamanı “Google” ilə “bulud” innovasiya laboratoriyaları, bacarıq proqramları da daxil olmaqla, innovasiya və startap ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.










