“Google” şirkəti 5G texnologiyası ilə işləyən yeni Pixel 5 smartfonunu təqdim edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, cihazın xüsusiyyətləri barədə 30 sentyabr tarixində “YouTube”da keçirilən onlayn təqdimatda danışılıb.
Qeyd edildiyi kimi, Pixel 5 smartfonu çərçivəsiz ekran, 8 Mp qabaq kamera, simsiz enerji toplama, 4080 mAh akkumulyator, 8 operativ və 128 Gb daimi yaddaşla təchiz edilib.
Flaqman oktyabrın ortalarında, dünyanın 15 ölkəsində satışa çıxarılacaq. Mütəxəssislərin verdiyi məlumata görə, cihazın qiyməti 699 dollar təşkil edəcək.