«GameStop» qalmaqalı Amerika birjalarını alt-üst etdiyi bir vaxtda «Senvest Management» hec fondu bu prosesdən 700 milyon dollar qazandığını elan edib.
Şirkətin sahibləri Riçard Maşal və Brayan Qonik «GameStop»dan heç kimin nail ola bilmədiyi gəliri əldə ediblər.
FED.az xəbər verir ki, video oyunlar sahəsində fəaliyyət göstərən «GameStop Corp»un səhmlərini fondun sahibləri hələ sentyabrdan almağa başlamışdılar.
«Onlar «Reddit»imn gündəlik treyderləri və ya «Discord» istifadəçiləri deyillər. Onlar Nyu-Yorkda hec fond idarə edirlər» – deyə Wall Street Journal nəşri yazır.
Sentyabrdan bəri «GameStop»un səhmləri 10 dollardan da aşağı qiymətdən 400 dollardan yüksək həddə qədər yüksəldi. Şirkətin ətrafındakı qalmaqal və qiymət artımı «tozu» yatandan sonra məlum oldu ki, fondun sahibləri nə az, nə çox, düz 700 milyon dollar gəlirdədirlər. Bu yanvar ayında bazardakı gərginlikdə əldə edilən ən yüksək gəlirlərdən biridir.
Xatırladaq ki, «GameStop» şirkətinin populyarlığını həvəskarların peşəkarlar üzərində qələbəsi adlandırırlar və bu müəyyən mənada doğrudur. Və bu prosesdə «Senvest Management LLC ən çox qazananlardan oldu.
«Səhmlər bahalaşmağa başlayanda, biz hiss etdik ki, burada nəsə olacaq. Amma bilməzdik ki, belə dəlisov artımla üzləşəcəyik», -deyə 55 yaşlı Maşal bildirir.
Həmin vaxt «GameStop»un səhmlərinin hansı istiqamətdə hərəkət edəcəyi bilinmirdi. O vaxt Uoll-stritdəki analitiklərin əksəriyyətinin səhmləri «satmaq, yoxsa saxlamaq» məsələsini həll edirdi. Üstəlik, Maşal və Qonik öyrənirlər ki, Uoll-stritdəki gəlirli hec fondların əksəriyyəti, o cümlədən «Melvin Capital Management» də bu səhmlərə o qədər inanmır, çünki şirkətin məsələsini tənzimləyici qurum araşdırırdı.
Amma «Senvest Management»in sahibləri «GameStop»un rəhbərliyi ilə danışandan və rəqibləri araşdırandan sonra rahatca səhmləri yığmağa başladılar. Oktyabrın sonuna «Senvest Management» «GameStop»un səhmlərinin artıq 5%-nə sahib idi və onların demək olar ki, hamısı 10 dollardan alınmışdı.
Nəticədə hazırda «GameStop» «Senvest»in ən gəlirli portfelinə çevrilib. Onun sayəsində şirkətin səhm paketi 1,6 milyard dollardan 2,4 milyard dollara yüksəlib.