Samsung bir müddət əvvəl Galaxy Z Flip ilə birlikdə S20 modelini təqdim etmişdi. Samsung Galaxy S20 modellərini təqdim etdikdən sonra Note 10-un qiyməti ucuzlaşdı.
Eləcə də bax: "Samsung Galaxy S20 Ultra"nın Azərbaycanda - SATIŞ QİYMƏTİ BƏLLİ OLDU
FED.az xəbər verir ki, Samsung-un ABŞ-da 1200 dollara təklif etdiyi Note 10 Plus-un qiyməti 1050 dollara, 950 dollara olan Galaxy Note 10 isə 800 dollara endirilib.
Samsung rəsmiləri bu qiymətlərin müvəqqəti olduğunu söyləsə də, vəziyyət fərqli ola bilər. Çünki Galaxy S20 modelləri ilə Note 10 arasında çox da böyük qiymət fərqi yoxdur. Buna görə də, istifadəçilər yeni modeli – S20-ni seçə bilərlər.
TED