İrşad Füzuli şəhərində ilk elektronika və məişət texnikası mağazasını açan şirkət oldu. Şəhərin mərkəzində Zəfər yolu, Mida binalarında yerləşən mağaza 09:00 -dan 20:00 dək müştərilərin xidmətinə açıqdır. Şirkətdən verilən məlumata görə artıq ilk müştərilər də alış - veriş edib.
Qeyd edək ki, İrşad yaxın zamanda Naxçıvan, Şamaxı, İsmayıllı, Zaqatala bölgələrində də yeni mağazalarını açacaqlarını “İrşad Karyera” səhifəsində paylaşdıqları vakansiyalarla elan ediblər.
İrşad - la karyerasını qurmaq istəyənlər https://irshad.az/sirket/vakansiyalar səhifəsinə daxil olaraq müraciət edə və yaxud hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İrşad II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20 000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Həmçinin, Həmrəylik Günü ərəfəsində 100 şəhid övladının təhsilinə dəstək naminə 100 ədəd planşet hədiyyə edib. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideynini itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşına qədər himayəsinə götürüb.