Hal-hazırda Azərcosmos iki peyki idarə edir.
Azərbaycan kosmosa növbəti peykini 2026-cı ildə buraxacaq - AZƏRKOSMOS
FED.az xəbər verir ki, bu barədə “Azercosmos”un sədr müavini Fuad Aslanov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, biz yeganə peyk idarə edən şirkətik. Hal-hazırda biz 50 ölkədə müxtəlif xidmətlər göstəririk. Afrika, Yalxn Şərq, Orta Asiya və Qərbi Avropada da xidmətlər təqdim edirik. Peyk kommunikasiya bazarı 20 milyard dollar dəyərindədir. 2032-ci ildə bunun 123 milyard dollara çatacağı düşünülür. Daha kiçik peyklərin istehsalı artıb. Peyk rabitəsinin dəstəkləyən simsiz və ya simli Wayfay çox önəmlidir. Internet məsafədən asılı olmayaraq qənaətli əlaqə təmin edir. İnsanlar hər yerdə intenetə çıxış etmək istəyir. Peyk kommunikasiyası sahəsində bu bazarın gələcək illərdə daha sürətli böyüyəcəyini düşünürük.
Minium vacib saydığım digər bir sahə fövqəladə kommunikasiya sahəsidir. Baş verə biləcək fövqəladə halları təxmin etmək olmur, bu səbəbdən fövqəladə kommunikasiya sisteminin yaradılmasına ehtiyac var. Peyk telefon əlaqəsi yeni deyil. Bizim mobil şəbəkə operatorlarlnın da marağının artdığını görürük. Bu bazar da gələcək illərdə olduqca sürətlə böyüyəcək inkişaf edəcək.
İndi insanlar daha çox intenetə ehtiyac duyurlar. Peyk kommunikasiyasını müddətli bazarlarda istifadə etmək mümkün olar. İnsanlar genişzolaqlı texnoloji inkişaflardan istifadə edə biləcəklər. 5G-nin müxtəlif sahələrdə geniş yayıldığını görürük. Bir çox tətbiqlər hazırlanır, peyk icması da bu yöndə fəaliyyətlərdə böyük rol oynayır. Qlobal olaraq əməkdaşlıq trendi sayəsində ortaq məhsullar və xidmətlər təqdim etmək mümkündür.
Fuad Aslanov bildirib ki, Azconnexus məhsulumuz var, dənizdaşımaları bazarına xidmət göstərir və ucqar əraziləri internetlə təmin edirik.