Banner

İKT

Filmləri WhatsApp-dan da - İZLƏYƏ BİLƏCƏKSİNİZ - NETFLİXDƏN YENİLİK

Filmləri WhatsApp-dan da - İZLƏYƏ BİLƏCƏKSİNİZ - NETFLİXDƏN YENİLİK | FED.az
09:25 28 Aprel 2020

Karantin günlərində ən çox ziyarət edilən platformalar arasında yer alan Netflix-in yeni funksiyası test edilməyə başlanıb. 

Eləcə də bax: “Netflix” koronavirus hesabına - REKORD GƏLİR ƏLDƏ EDİB

FED.az xəbər verir ki, platformanın WhatsApp vasitəsilə video izləmə xüsusiyyəti yaxın günlərdə istifadəçilərə təqdim olunacaq. 

Qeyd edək ki, artıq WhatsApp vasitəsilə YouTube, Feysbuk və İnstaqram videolarını izləmək mümkündür. 

Bundan başqa, Netflix Apple istifadəçiləri üçün sözügedən xüsusiyyəti ötən ilin noyabrında təqdim etmişdi. 

İstənilən Netflix kontentini "Paylaş" düyməsindən "WhatsApp" tətbiqini seçməklə göndərərək bu xüsusiyyətdən yararlana biləcəksiniz. Söhbətdən və ya "WhatsApp"dan çıxdıqda isə izlədiyiniz video dayandırılır. 

WhatsApp-ın 2.20.123 versiyasında qarşımıza çıxan funksiya artıq bir müddətdir Telegram-da yer alır. Elə bu kimi funksiyalardan dolayı bəzi istifadəçilər Telegram-ı üstün tutur.

TED

Digər xəbərlər

Banner