Qlobal miqyasda 2 milyarddan çox istifadəçisi olan Feysbuk platformasının istifadəçiləri gizli şəkildə izlənilir.
FED.az əbər verir ki, bu haqda Feysbuk şirkəti tərəfindən Amerika Birləşmiş Ştatları senatorlarının sorğusu cavablandırılarkən etiraf edilib.
Eləcə də bax: 29 min "Facebook" əməkdaşının - MƏLUMATLARI OĞURLANIB
İstifadəçilər "location" funksiyasını bağlasalar belə, şəbəkə vasitəsilə onların harada olduğunu müəyyən edilə bilinir.
Açıqlamaya görə, istifadəçilərin olduğu ərazilər onların paylaşdıqları şəkillər və qeydiyyatdan keçdikləri məkanlara əsasən müəyyənləşdirilir. Bundan başqa, istifadəçinin məkanının müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb edən IP ünvanını da əldə edə bilir.
Feysbuk şirkətindən bildirilib ki, istifadəçinin yerləşdiyi ünvanın müəyyən edilməsi, onun hesabının qorunmasına və sistemə daxil olarkən şübhəli məqamların aşkarlanmasına xidmət edir.
"Eyni zamanda, istifadəçi ünvanının bilinməsi ona daha uyğun reklamları göstərməyə və dezinformasiya ilə mübarizə aparmağa imkan verir", – deyə şirkət rəsmiləri əlavə edib.
TED