“TikTok” mobil tətbiqi gündən-günə populyarlaşır. Musiqi və xüsusi effektləri olan 15 saniyəlik video yaratmağa imkan verən Çin tətbiqi dünya gənclərini heyrətləndirib. Tətbiq App Store və Google Play-də ümumilikdə 1,5 milyard dəfədən çox yüklənib.
FED.az "TED.az"-a istinadən xəbər verir ki, bu barədə “Sensor Tower” şirkətinin saytında bildirilib.
Eləcə də bax: Feysbuk özünəməxsus onlayn ödəmə sistemini - TƏQDİM ETDİ
Məlumata əsasən, 2019-cu ildə TikTok 614 milyon dəfə yüklənib və bu, ötən illə müqayisədə 6% çoxdur. Bu platforma digər sosial tətbiqlərlə müqayisədə 3-cü yerdədir. Birinci yerə WhatsApp messenceri (707,4 milyon yüklənmə sayı), ikinci yerə Feysbukun messenceri (636,2 milyon yüklənmə sayı), üçüncü yerə isə sözü gedən “TikTok” tətbiqi layiq görülüb. Göründüyü kimi “TikTok” bu reytinqdə dördüncü və beşinci pillələrdə qalan Feysbuk (587 milyon yüklənmə sayı) və İnstaqramdan (376,2 yüklənmə sayı) daha irəliyə gedərək, liderlik titulunu qazanmaqda israrlıdır.
Yeri gəlmişkən, bu proqramdan ən çox istifadə edən hindlilərdir. “TikTok” Hindistanda 466,8 milyon dəfə yüklənib, bu da ümumi yüklənmə sayının 31%-i təşkil edir.
Qeyd edək ki, “Sensor Tower” şirkətinin analitikləri platformanın sürətli böyüməsini vurğulayırlar. 2019-cu ilin fevral ayında “TikTok” 1 milyard yükləmə sayına sahib olub, qalan 500 milyonu isə son doqquz ay ərzində toplaya bilib.