267 milyon Feysbuk istifadəçisinin məlumatları 540 dollardan satılmağa başlanıb.
Eləcə də bax: "Feysbuk" koronavirusdan nələr qazandı? - GÖSTƏRİCİLƏR
FED.az xəbər verir ki, bir neçə gün öncə 500 mindən çox Zoom hesabının satıldığını açıqlayan Cyble şirkəti bu dəfə 267 milyon Feysbuk hesabının satıldığını bildirib. Satılan Feysbuk məlumatları arasında istifadəçi şifrələri yoxdur. Bu məlumatlar əsasən, istifadəçilərin elektron poçt ünvanlari, ad və mobil nömrələridir.
Araşdırmalar məlumatların həqiqətən də Feysbuk istifadəçilərinə aid olduğunu aşkarlayıb.
TED