Azərbaycanda startap ekosisteminin formalaşmasında 5 mühüm sahə var ki, biz öz strateji baxışımızda hər zaman bu beş istiqamətə fokuslanırıq.
FED.az xəbər verir ki, bunu “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
O qeyd edib ki, bunlardan biri də innovativ düşüncənin formalaşdırılması, maliyyə əlçatanlığının artırılmasıdır:
"Azərbaycanda "Caucasus Ventures" vençur fondu yaradılıb. Həmin fondla bərabər əlavə üç maliyyə institutlarının formalaşdırılması üzərində iş həyata keçirilir. Artıq "İnmerge" fondu formalaşdırılıb və yaxın zamanlarda fəaliyyətə başlayacaq".