«Facebook» sosial şəbəkəsi bəzi istifadəçilərin izləyicilərinin azalması ilə bağlı açıqlama verib.
Eləcə də bax: Azərbaycanda “Facebook”un nüfuz dərəcəsi - ARTIB
Xatırladaq ki, oktyabrın 11-12-də sosial şəbəkə istifadəçlərini əksəriyyətində izləyicilərin sayının azalması baş verib.
FED.az xəbər verir ki, azalma bəzi istifadəçilərdə cüzi olsa da, bir çoxlarında bir neçə qat olub. İzləyicilərin azalması halı şəbəkənin sahibi Zurkerberqin hesablarında da baş verib – onun izləyiciləri 10 min nəfərə düşüb. Daha sonra bu rəqəm öz əvvəlki sayına - 119 milyon nəfərə qayıdıb. Facebook, problemlərin aradan qaldırılması üzərində işlədiklərini bildirir.
Bir sıra istifadəçilər “Facebook”da «Meta» sosial şəbəkənin işindəki problemlərdən xəbərdar olduqlarını təsdiqləyib. «Biz bilirik ki, bəzi istifadəçilər öz Facebook profillərində uyğun olmayan izləyici sayları görürlər. Biz hər şeyin mümkün qədər tez normala dönməsini təmin etmək üçün çalışırıq və yaranan narahatlığa görə üzr istəyirik», – deyə şirkətdən bildiriblər.