Feysbuk sosial şəbəkəsində istifadəçilərə tanıdıqları insanları göstərmək üçün iki faktorlu identifikasiya ilə təmin olunan telefon nömrəsindən istifadə dayandırılır.
FED.az xəbər verir ki, bu haqda Feysbukdan məlumat yayılıb.
Eləcə də bax: 29 min "Facebook" əməkdaşının - MƏLUMATLARI OĞURLANIB
Yeni qaydalar artıq Ekvadorda, Efiopiyada, Pakistanda, Liviyada və Kambocada tətbiq olunur. Digər ölkələrdə isə 2020-ci ilin əvvəlindən tətbiq olunacaq.
Qeyd edək ki, bu qanun cari ilin iyun ayında Feysbukun 5 milyard dollar cərimələnməsindən sonra qəbul edilib. Cərimə, şirkət tərəfindən istifadəçinin fərdi məlumatlarını saxlama qaydalarının pozulması ilə bağlı olub.
TED