«Facebook» və «Instagram» sosial şəbəkələrinin sahibi olan Meta reklamsız və pullu versiya xidməti təklifedəcək.
FED.az xəbər verir ki, bu barədə «The New York Times» qəzeti şirkətin planlarından xəbərlarolan mənbələrə istinadən yazıb.
Yeniliyin ilk növbədə, Avropa İttifaqı vətənşları üçün tətbiqi nəzərdə tutulur. Avropalı istifadəçilərin imkanı olacaq ki, Facebook və Instagram ın pullu variantını seçib reklamsız istifadə etsinlər, ya da pulsuz variantı seçib reklamları da görə bilsinlər.
Qəzetin yazdığına görə, «Meta» bu addımı bir qədər məcburiyyətdən, daha dəqiqi Avropa İttifaqında məxfiliklə bağlı tənzimləyici tələblərə cavab vermək məqsədi ilə atmalı olub. Məsələ bundadır ki, Avropa İttifaqında qəbul olunmuş Ümumi Məlumatların Qorunması Qaydası reklam hədəflənməsi üçün şəxsi məlumatların istifadəsini məhdudlaşdırır. Belə ki, Meta hədəf reklamları göstərmək üçün istifadəçilərin bəzi məlumatlarını reklam şirkətləri ilə bölüşməlidir – Avropa qanunları isə buna icazə vermir. Vəziyyətdən çıxmaq üçün Meta istifadəçilərə müstəqil model seçimi təklif edəcək ki, bu da şirkətə tənzimləyici qaydaları ilə bağlı problemləri azaltmağa kömək edəcək.
Nəşr xatırladır ki, iyul ayında məhkəmə Meta-ya Facebook, Instagram, WhatsApp-da toplanmış istifadəçi məlumatlarını təhlil etmək və sonradan istifadə etmək üçün birləşdirməyi qadağan edib.
Bundan əvvəl, may ayında korporasiya avropalı istifadəçilərin məlumatlarını ABŞ-a göndərdiyinə görə 1,2 milyard avro cərimələnmişdi. 2022-ci ilin noyabrında İrlandiya tənzimləyicisi Aİ məxfilik qaydalarını pozduğuna görə Meta-nı 265 milyon avro cərimələdi.
Bundan əlavə, nəşrin mənbələri göstərir ki, abunə modeli Meta-ya biznesini “canlandırmağa” kömək edəcək, çünki qlobal iqtisadi təlatümlər reklam satışlarına mənfi təsir göstərib.