Zükerberq deyib ki, rəhbərlik etdiyi şirkət bundan sonra “Meta” adlanacaq.
Eləcə də bax: 1,5 milyard "Facebook" istifadəçisinin məlumatları - Satışa Çıxarılıb
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zükerberq onlayn təqdimat zamanı bildirib.
Hələlik bütün tətbiqlər, o cümlədən Instagram və WhatsApp”da heç bir dəyişiklik olmayacaq. Yeni ad yunan mənşəli olub “sonra” mənasını verir.
Artıq şirkətin saytında addəyişmə iə bağlı məlumat verilib. Yaxın günlərdə loqotiplər də yeni ada uyğunlaşdırılacaq.
Qərar saytda yayıldıqdan sonra şirkətin səhmləri 3,3% bahalaşıb.