“Facebook”un qurucusu Mark Zukerberq şirkətin ofisində menecerlərə “Apple” smartfonlarından istifadəni qadağan edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, Zukerberq bu addımı “Apple”ın baş direktoru Tim Kukun “Facebook”un insanların şəxsi məlumatlarından istifadə siyasəti ilə bağlı səsləndirdiyi fikirlərdən sonra atıb.
Xatırladaq ki, Kuk martda müsahibəsində “Biz sizin şəxsi həyatınızla alış-veriş etmək istəmirik. Bizim üçün bu, insan və vətəndaş hüququ deməkdir” söyləmişdi.