FED xəbər verir ki, Feysbuk şirkətindən eyni anda bir səhifənin istənilən zaman neçə reklam verə biləcəyi ilə bağlı məhdudiyyətlər tətbiq edəcəyini açıqlanıb: "Gələn ilin ortalarında hər səhifənin eyni anda verəcəyi reklam sayına görə məhdudiyyət tətbiq edəcəyik.
Eləcə də bax: "Facebook"dan kredit götürmək - MÜMKÜN OLACAQ
Reklam məhdudiyyətləri reklam verənlərin yalnız bir faizinə təsir edəcək və gələn ilin əvvəlində məhdudiyyətlər haqqında daha çox məlumat paylaşmağı planlaşdırırıq”.
Şirkətdən qeyd edilib ki, reklam elanlarının çoxluğu reklam verənin fəaliyyətinə mane ola bilər: “Eyni anda çox sayda reklam işləndikdə, növbəti mərhələyə daha az reklam çıxır. Çatdırılma sistemində bir reklamın işini optimallaşdırmadan daha çox büdcə xərclənir".
Belə ki, Feysbuk maketoloqlarına görə, çox sayda reklamın olması ümumi reklam fəaliyyətinin zəifləməsinə səbəb olur. Nəticə etibarilə bu effektivliyə təsir göstərir.
Feysbukdan bildirilib ki, dəyişiklik yalnız az sayda markaya təsir edəcək, buna görə, şirkətin biznesinin zəifləmə ehtimalı yoxdur.
TED