İKT

“Facebook News” gəlir – MARK YENİLİYƏ QƏRAR VERDİ

“Facebook News” gəlir – MARK YENİLİYƏ QƏRAR VERDİ | FED.az
09:21 26 Okt 2019

“Facebook” ABŞ-ın ən böyük şəhərlərində “Facebook News” günün xəbərləri xidmətini test etməyə başlayacaq. 

FED.az xəbər verir ki, şirkətin verdiyi məlumata əsasən, yeni servisdə istifadəçinin maraqları və yaşayış yerləri nəzərə alınmaqla, media xəbərləri nümayiş olunacaq.

Eləcə də bax: Facebook istifadəçilərə geyim seçməyə - KÖMƏK EDƏCƏK

“Facebook”da hesab edilir ki, bu nəşrlər istifadəçilərə ən son və vacib xəbərlərdən məlumatlı olmağa imkan verəcək, baş verənləri daha yaxşı araşdırmağa və informasiya sahəsində maraqlarını genişləndirməyə kömək edəcək.

Bu bölmədə kiçik xəbərlərlə yanaşı, müəyyən vacib mövzularla bağlı xəbərlər də dərc olunacaq. 

Bu servisin “Facebook”a neçəyə başa gələcəyi hələ məlum deyil. 

“The Wall Street Journal”ın bir müddət əvvəl verdiyi məlumata görə, “Facebook” müxtəlif nəşrlərə yüz min dollarlardan başlayaraq bir neçə milyona qədər təklif edib.

 

Digər xəbərlər