“Facebook”un yaradıcısı Mark Zuckerberg “Apple” messencerinin messencer bazarında şirkətinin əsas rəqibi olduğunu bildirib.
ELƏCƏ DƏ BAX:"Apple" yeni "iPad Pro" planşetlərini təqdim edib
FED.az-ın CNBC-yə istinadən verdiyi məlumata görə, Mark Zuckerberg bunu 2018-ci ilin üçüncü rübündə hesabat verdikdən sonra analitiklər və jurnalistlər ilə görüş zamanı açıqlayıb.
O, qeyd edib ki, “WhatsApp” və “Messenger Android” və iOS satışları eyni səviyyədə olan Avropanın bazarlarında aparıcı mövqe tutur, lakin “iPhone” satışları üstünlük təşkil edən ABŞ kimi mühüm bazarlardan daha aşağıdır/
“Facebook” sosial şəbəkəsi özü də daxil olmaqla, “Facebook Messenger”, “WhatsApp” və “Instagram” xidmətləri dünyada 2.6 milyard insan tərəfindən istifadə olunur. Mark Zuckerberq onların istifadəçilərinin gündə 100 milyard mesaj göndərdiyini və “WhatsApp”-da sosial şəbəkələrdən daha çox şəkillər, videolar paylaşdıqlarını qeyd edib.
“Facebook” messencerinin əsas rəqibi – AÇIQLANDI
21:58
31 Okt 2018