Banner

İKT

“Facebook” kompüteri düşüncə ilə idarə edən - STARTAPI ALIR

“Facebook” kompüteri düşüncə ilə idarə edən - STARTAPI ALIR | FED.az
09:23 24 Sen 2019

Müqavilənin dəyəri 500 milyon dollardan 1 milyard dollar arasında dəyişir.

FED.az Banker.az-a istinadən xəbər verir ki, CTRL-Labs-ın inkişaf elətdirdiyi cihazlardan biri də ağıllı qolbaqdır. Bu qolbaq vasitəsilə istifadəçi kompüterdə klaviaturadan istifadə etmədən mətn yığa bilər. Cihaz insanın beynindən əllərə göndərdiyi siqnalları oxuyur və hər hansısa mətn yazmaq üçün barmaqları masaya vurmaq kifayət edir.

Eləcə də bax: Fransadan Facebook-un kriptovalyutası - LİBRA-YA VETO

Bloomberg-in verdiyi məlumata görə, bu cür texnologiyalar genişlənmiş reallıq eynəklərinə əlavə oluna bilər. Onların köməyi ilə istifadəçi düymələr və klaviaturadan istifadə etməyə bilər.

Xatırladaq ki, “Facebook” artıq bir ildən çoxdur ki, genişlənən reallıq texnologiyaların inkişafında yaxından iştirak edir. Hələ 2017-ci ildə sosial şəbəkə beyində olan siqnalları izləyərək ekranda onları mətn şəklində təsvir edə biləcək yeni interfeys üzərində çalışdığını bildirmişdir.

Qeyd edək ki, CTRL-Labs dünyanın qabaqcıl şirkətlərindən biridir. Ümumilikdə şirkətə 67 milyon dollar yatırım edilib. İnvestorlar arasında “Crunchbase Spark Capital”, “Google” və “Amazon” məxsus olan fondun adını çəkmək olar.

 

Digər xəbərlər

Banner