Yaponiya hökuməti "Facebook" sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının qorunmasını təmin etmək üçün əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.
Yaponiya hökuməti dünyada, təxminən, 87 milyon insana təsir etmiş genişmiqyaslı məlumat sızıntısı yaşandığından bu məsələdən narahat olub.
Yaponiya ilk növbədə "Facebook"un istifadəçilərin istəklərinə dərhal lazım olduqda məlumatlarını silməklə bağlı istəklərinə operativ cavab verəcəyinə dair təminat almaq istəyir.
Xatırladaq ki, "The New York Times" qəzetində nəşr olunan məqalədən sonra "Facebook" istifadəçi məlumatlarının "Cambridge Analytica" şirkətinə ötürülməsi ilə əlaqədar böyük qalmaqalın mərkəzinə düşüb. Müxtəlif hesablamalara görə, söhbət, təxminən, 87 milyon istifadəçinin şəxsi məlumatlarından gedir. Yaponiyada bu sızmanın təsirinə məruz qala biləcək istifadəçilərin sayı isə 100 min insan civarında qiymətləndirilir.