“Facebook” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Azərbaycanda saxta ödəniş portalı yaradılıb - XƏBƏRDARLIQ
FED.az onların bəzisini təqdim edir:
Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) Mütəmadi olaraq təhlükəsizlik yoxlanışı edin;
2) Naməlum kompüter və ya mobil cihaz hesabınıza daxil olduqda xəbərdarlıq bildirişi alın;
3) Şifrənizi mühafizə edin;
4) Hesabınızın şifrəsini digər hesablarda istifadə etməyin və başqa şəxslərlə paylaşmayın;
5) Hesabınız üçün mürəkkəb və unikal şifrələrdən istifadə edin;
6) İkimərhələli təsdiqləmə funksiyasını aktiv edin;
7) Tanımadığınız kompüter və ya mobil cihaz hesabınıza daxil olmağa çəhd etdikdə “Facebook” sizdən xüsusi giriş kodu daxil etməyinizi və ya giriş cəhdinizi təsdiqləməyinizi istəyəcək. Bununla da hesabınız daha təhlükəsiz olacaq. (Trend)