Cənubi Koreyanın Şəxsi Məlumatları Qoruma Komissiyası ABŞ-ın “Facebook” şirkətini məxfilik qaydalarını pozduğuna görə 6 milyon ABŞ dolları məbləğində cərimələyib.
Eləcə də bax: Azərbaycanda “Facebook” istifadəçilərinin bloklanması - Halları Artıb - SƏBƏBLƏR
FED.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Facebook” ölkənin fərdi məlumat qanununu pozub və 2012-ci ilin mayından 2018-ci ilin iyun ayına qədər istifadəçilərin razılığı olmadan azı 3,3 milyon insanın şəxsi məlumatlarını digər şirkətlərə ötürüb.
Komissiyanın əldə etdiyi məlumatlara əsasən, üçüncü tərəfə ötürülən şəxsi məlumatlar arasında istifadəçi adları, ünvanları, doğum tarixi, iş təcrübəsi, doğulduğu şəhər və ailə vəziyyəti haqqında məlumatlar var. Ötürülən məlumatların dəqiq həcmi məlum deyil, çünki “Facebook” müvafiq sənədləri təqdim etməyib. Komissiya “Facebook”un hərəkətləri ilə bağlı cinayət istintaqının aparılması məqsədilə prokurorluğa müraciət edib. (Report)