Son zamanlar kiberdələduzlar, müxtəlif sosial şəbəkələrin sponsorlu reklam xidmətindən istifadə edərək vətəndaşları saxta veb-saytlara yönləndirirlər. Belə ki, dələduzlar saxta veb-saytlarda SOCAR şirkətinin adından istifadə edərək vətəndaşlara müxtəlif məbləğlərdə pul vəsaiti təklif edirlər.
ETX: ƏDV-nin geri alınması ilə bağlı saxta veb-səhifəyə inanmayın
FED.az Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, vəsaitin əldə olunması üçün vətəndaşlardan ilk növbədə saytların müvafiq bölmələrindən müəyyən addımları həyata keçirmələri və sonda fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı dövlət qurumunun adından həyata keçirilən kampaniyalarla bağlı ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.