Rusiyalı milyarderlər Vladimir Potanin və Vahid Ələkbərov "Yandex N.V." şirkətinə onun törəmə şirkəti olan "Яндекса"nın nəzarət paketini almaq barədə təklifi göndəriblər.
Yandeks” Türkiyədə - OFİS AÇACAQ
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, sahibkarlar "Яндекса"nın dəyərini təxminən 560-600 milyard rubl (7-7,5 milyard dollar) qiymətləndirirlər.
Vahid Ələkbərov əslən azərbaycanlıdır.
Məlumata görə, iş adamları "Yandex"in Rusiya aktivlərinin ("Яндекса") 51%-ni təxminən 560-600 milyard rubla almaq üzrə təklifi göndəriblər.
Bloomberg-in mənbələri bildirirlər ki, "Yandex"in Direktorlar Şurası gələn həftə təkliflə baxa bilər. Eyni zamanda, onların fikrincə, yekun qərar daha sonra verilə bilər.
"Yandex", Potanin və Ələkbərovun təklifi barədə xəbərə şərh verməkdən imtina edib. (Marja)