İsveçin “Ericsson” telekommunikasiya nəhəngi rüşvət verilməsi haqqında iş üzrə 207 milyon dollara yaxın cərimə ödəməyə razı olduğunu bildirib.
“Ericsson” 1 400 işçisini - İXTİSAR EDƏCƏK
FED.az xəbər verir ki, şirkət həmçinin, ABŞ-nin “Xaricdə korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun müddəalarının pozulmasında təqsirkar olduğunu etiraf eddib.
“Ericsson” hələ 2019-cu ildə Cibutidə, Çində, Vyetnamda, İndoneziyada və Küveytdə dövlət məmurlarına rüşvət verilməsi, mühasibat hesabatlarının və mühasibat qeydlərinin saxtalaşdırması ilə bağlı iş çərçivəsində 520,6 milyon dollar cərimə ödəyib. Bundan başqa, şirkət Qiymətli Kağızlar Komissiyasına və ABŞ-nin birjalarına təxminən 540 milyon dollar ödəyib.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 2019-cu ildə “Ericsson” şirkəti Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu ilə razılaşma nəticəsində məhkəmə təqibindən möhlət almışdı. Ancaq Ericsson bu razılaşmanı pozaraq, faktiki informasiyanın tam paketini, həmçinin Cibutidə və Çində fırıldaqlara aid sübutları vaxtında təqdim etməyib. Bundan əlavə, şirkət İraqda da belə bir sxemin mövcudluğunun ehtimal olunan sübutlarını gizlətməkdə ittiham edilir. (Azərtac)