Böyük Britaniya mərkəzli telekommunikasiya şirkəti “Vodafone” içində olduğu maliyyə böhranı səbəbindən səhmlərinin təxminən 10%-ni Yaxın Şərq mərkəzli bir telekommunikasiya şirkətinə satıb.
Eləcə də bax: Səudiyyənin neft nəhəngi Apple-ı "taxtdan saldı"
Qeyd edək ki, BƏƏ dövlətinin nəzarətində olan “Emirates Telecom Group” brendi olan “Etisalat” bu yaxınlarda “E&” olaraq rebrendinq edib. Telekommunikasiya şirkəti şənbə günü “Vodafone” ilə 3.3 mlrd. funt sterlinqlik səhm alqı-satqısı müqaviləsini təsdiqləyərək “Vodafone”un ən böyük səhmdarı oldu. “E&” “kommunikasiya və rəqəmsal xidmətlər sahəsində dünya liderinə əhəmiyyətli dərəcədə sərmayə qoymaq” üçün maliyyə təmin etdiyini açıqlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Vodafone”un payını tənzimləmək üçün “Atlas 2022” adlı bir holdinq quran Abu Dabi mərkəzli qrup “Vodafone”da uzunmüddətli və dəstəkləyici bir səhmdar olmağı hədəflədiyini və şirkətin idarə heyətinə və ya rəhbərliyinə nəzarət etmək və ya təsir etmək istəmədiyini bəyan edib.
Böyük Britaniyanın əhəmiyyətli telekommunikasiya şirkəti “Vodafone”un ən böyük səhmdarının Böyük Britaniya deyil, başqa bir dövlətin şirkəti olması tənqidlərə səbəb olub. Mövzu ilə bağlı “Vodafone” öz internet saytında şirkətdə Böyük Britaniya Ədliyyə Nazirliyi ilə işləyən bölmənin yaradıldığı diqqətə çatdırılıb. “Hökumət informasiya texnologiyaları sistemlərinin təhlükəsizliyini və təhdidlərdən qorunmasını təmin edir. Əgər satınalma ilə bağlı milli təhlükəsizlik məsələləri yaranarsa, dövlət orqanları Milli Təhlükəsizlik və İnvestisiya Aktı çərçivəsində lazım gəldikdə müdaxilə etmək səlahiyyətinə malikdir” -deyə, “Vodafone”un sözçüsü bildirib.
Vodafone-un CEO-su Nick Read 2018-ci ildə vəzifəyə gəldikdən sonra səhm qiymətinin 20%-dən çox düşüb. Buna görə də uğursuz törəmə şirkətləri sadələşdirmək və gəlirləri artırmaq üçün ona güclü təzyiq göstərilir. E&-nın şirkətə qatılması “Vodafone”un Böyük Britaniya, İspaniya, Almaniya və İtaliyadakı rəqibləri ilə danışıqlar apardığını və “Cevian”ın təzyiqinə aydın cavab verdiyini elan etdikdən sonra baş verib. Avropanın ən böyük aktivist investoru və “Vodafone”da pay sahibi olan “Cevian” korporativ idarəetmədə dəyişiklik tələb etmişdi. Baş ofisi İsveçdə yerləşən və aqressiv investisiya həmlələri ilə tanınan “Cevian” uzunmüddətli vəzifələri satın almaqla şirkətlərin siyasətlərini dəyişməsi ilə tanınır. O, “Vodafone” şirkətindən ən çox dəyər qazandırdığı bazarlara fokuslanmasını və idarə heyətinə əlavə, telekommunikasiya təcrübəsi olan rəhbərləri daxil etməklə firmanı konsolidasiya etməyi tələb etmişdi.
Bir müddət “Vodafone”un yerli bölmələrində də baş icraçı direktor vəzifəsində çalışmış E&-nin baş icraçı direktoru Hatem Dowidar deyib: “Biz biznesimiz üçün dəyər yaratmaq, sürətlə inkişaf edən qlobal telekommunikasiya bazarında imkanları araşdırmaq və yeni nəsil texnologiyaların tətbiqini dəstəkləmək məqsədilə “”Vodafone ilə qarşılıqlı faydalı strateji tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.