İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.
Mərkəzdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.
V. Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.