Benchmark Master Lu bu ilin birinci rübündə Çinin ən uğurlu smartfon istehsalçılarının reytinq cədvəlini tərtib edib.
Eləcə də bax: “Xiaomi” ən güclü smartfon - TƏQDİM EDİB
FED.az xəbər verir ki, cədvəlin lideri ölkənin texnologiya nəhəngi Huawei şirkəti olub.
Sözügedən firma ölkə daxili bazarda 18,51% paya sahibdir.
Honor şirkəti 14,66%, onun ardınca gələn Oppo-nun isə 14,51% bazar payı var.
Xiaomi şirkəti 13,9%-lə bazarın dördüncüsü olub. Onun ardınca isə 13,67% payla Vivo şirkəti gəlir.
Reytinq cədvəlində digər şirkətlər də yer alıb. 4,72%-lə Samsung, 2,7%-lə ZTE şirkəti onların ardınca Meizu (2,6%), OnePlus (1,25%) və Nubia (0,75%) qərarlaşıb.
TED