Counterpoint şirkətinin məlumatına görə, ötən il də ikinci əl telefon alanların sayı çox olub. Yenilənmiş smartfon bazarında formal olaraq 1% azalma olsa da, ümumi azalma göstəricisi minimaldır.
Eləcə də bax: Mobil telefon idxalı - 16% ARTIB
FED.az şirkətə istinadən xəbər verir ki, ötən il ərzində qlobal miqyasda 137 milyon ikinci əl telefon satılıb.
ABŞ, Çin və Avropada istifadəçilər arasında yenidən qurulan cihazlara maraq orta hesabla 6% azalıb.
Yaponiyada isə bu göstərici 8% olub. Lakin Hindistanda, Latın Amerikasında və Afrikada bu cür cihazların satışında artım müşahidə olunub. Bu bölgələrdə müvafiq olaraq 9%, 6% və 2% artım qeydə alınıb.
Apple və Samsung ikinci əl smartfon satış bazarında lider olub. Huawei də performansını artıra bilib. Lakin ABŞ sanksiyaları istehsalçının biznesinin bu sahəsinə də mənfi təsir göstərəcəkdir. (TED)