Sosial şəbəkələr vasitəsilə vətəndaşlara müxtəlif tanınmış şirkətlərin adından onlayn qaydada işləməklə gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır - FOTO
FED.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.