Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib.
Deputat “Trendyol” daxil xarici saytlardan sifarişlərin qadağan olunmasına - QARŞI ÇIXDI
FED.az quruma istinadən xəbər verir ki, kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər. Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı vatsap mobil tətbiqi vasitəsilə 5 qrup və ya 20 nəfərə göndərilməsi tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, belə mesajları heç kəsə göndərməməyi və bu kimi təkliflərlə qarşılaşdıqda şirkətin rəsmi saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.