Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatlarla bağlı ən çox rast gəlinən müraciət və şikayətləri açıqlayıb.
Agentlikdən xəbərdarlıq: "Sosial şəbəkələrdə alış-veriş etmək təhlükəlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Müasir rəqəmsal dünyada istehlakçılar:
Elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva məlumat verib.
Onun sözlərinə görə, fərdi məlumatlarla bağlı ən çox rast gəlinən müraciət və şikayətləri aşağıdakılardır:
Fərdi məlumatların razılıq olmadan üçüncü tərəflərə ötürülməsi;
Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməməsi;
Fərdi məlumatların qanunsuz toplanması və işlənməsi;
Fərdi məlumatların işlənməsi ilə bağlı şəffaflığın təmin edilməməsi;
Fərdi məlumatlar üzərində hüquqların təmin edilməməsi;
Razılıq olmadan marketinq bildirişlərinin göndərilməsi.











