Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi “Mobil elektron imza” layihəsinin təqdimatı keçirilib. Nazirlikdən FED.az-a verilən məlumata görə, “Elektron imza” virtual məkanda əl ilə imzalanmış imzayla eyni hüquqi qüvvəyə malik olan şəxsiyyət təsdiqedici vasitədir.
“Mobil elektron imza” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış innovativ həldir. Layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bu layihə mobil bankçılığın inkişafı ilə yanaşı, yarana biləcək bəzi neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq.
“Mobil elektron imza”nın üstünlükləri:
• Sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması
• Hər hansı tətbiqə inteqrasiyanın mümkünlüyü
• İmzalanmış sənədlərin təhlükəsizliyi
“Mobil elektron imza” layihəsi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.
“Elektron imza”nın mobil versiyası yaradıldı
15:56
7 May 2018