İKT

Elektron imza sertifikat sahiblərinin - NƏZƏRİNƏ!

Elektron imza sertifikat sahiblərinin - NƏZƏRİNƏ! | FED.az
08:49 10 Aprel 2020

Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron (MSXM) imza sertifikat istifadəçilərindən e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni kompüterlərinə yükləməyi xahiş edir.

Eləcə də bax: “Asan İmza”ların vaxtı - ÖDƏNİŞSİZ UZADILDI

FED.az az xəbər verir ki, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatın işlək olması üçün 2017-ci ilə aid olan bu SERTİFİKATI kompüterə yükləmək lazımdır. Əks halda e-imza sertifikatından istifadədə problem yaranacaq.

İstifadə təlimatı: BURADAN YÜKLƏYİN

Məlumat üçün bildirək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin “elektron imza”dan istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

Digər xəbərlər