Azərbaycanda internet istifadəçilərinin 77 faizinin sosial şəbəkələrdə hesabları var.
Dünya Bankı: "Azərbaycanda rəqəmsallaşma istiqamətində ilkin savadlılıq kifayət qədər yüksəkdir"
FED.az xəbər verir ki, bu barədə bu gün menecer, tədqiqatçı analitik, konsultant, müstəqil ekspert Riina Vuorikari Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.
Onun sözlərinə görə, bu barədə "Rəqəmsal Bacarıqların Tədqiqi: Azərbaycan 2023-2024" (Azerbaijan Digital Skills Assessment 2023-2024) məlumatlarında qeyd olunub.
"Bu tədqiqat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının MDB üzrə Regional Ofisi tərəfindən aparılıb. Sorğu Azərbaycanın 13 bölgəsində təsadüfi seçim əsasında təqribən 35 min nəfər arasında keçirilib", - o deyib.
Azərbaycanda araşdırma nəticəsindən danışan Riina Vuorikari bildirdi ki, Azərbaycanda 31 350 nəfər ev təsərrüfatı insanlarından məlumat topladıq. Qeyd edək ki, onlar xəbərləri onlayn oxuyurlar. Azərbaycanda bütün yaş qruplarında 88% nəfər onlayn şəkildə telefonlarla zənglər ediblər. 77% azərbaycanlı isə aktiv sosial şəbəkələrdən istifadə edirlər. Burda insanların bacarıqlarını görə bilirsiniz. Azərbaycanlılar internet vasitəsilə səsvermədən çox az istifadə edirlər 18%. 15-74 yaş qrupu insanlar arasında 96% insan texnoloji bacarıqlara malikdir.
Onlayn xəbərlərin oxunması, mal və xidmətlər haqqında məlumat axtarmaq, bu sahədə rəqəmlər yüksəkdir. Ölkədə 11% insan var ki, son 3ayda internetdən istifadə edib, amma bu axtarışları etməyib