Azərbaycanda internet istifadəçiləriinin yarıdan çoxu məlumatlarının oğurlanacağını düşünərək rəqəmsal xidmətlərdən istifadə etmir.
Agentlikdən xəbərdarlıq: "Sosial şəbəkələrdə alış-veriş etmək təhlükəlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva deyib.
«İstehlakçıların 50%-dən çoxu məlumatlarının qorunmadığını düşünərək rəqəmsal xidmətlərdən istifadəni azaldır və ya tamamilə məhdudlaşdırır» - o bildirib.
Onun sözlərinə görə, rəqəmsal mühitdə əsas şərtlərdən biri fərdi məlumatların qorunmasının təmin olunmasıdır:
«Aparılan araşdırmalar göstərir ki, istehlakçıların böyük hissəsi, təqribən 70–75%-i onlardan toplanan şəxsi məlumatlarının necə və hansı istifadə edildiyindən narahatdır. Bundan əlavə, istehlakçıların 60%-dən çoxu etibar etmədiyi təşkilatlarla şəxsi məlumatlarını paylaşmaq istəmir».











