Ötən il Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3206,5 milyon manatlıq xidmət göstərilib.
Azərbaycanda inflyasiya 9%-dən aşağı düşdü - STATİSTİKA
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, göstərilən xidmətlərin 71,8 faizi əhali sektoruna aid olub.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 16,3 faiz artıb.
Bu sahədə əldə edilmiş gəlirin 83,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. (Trend)